BolgeXeber.Com » İdman » “Real” "Sevilya"ya aman vermədi (VİDEO)

“Real” "Sevilya"ya aman vermədi (VİDEO)

5-02-2015, 10:45
Oxunub: 3 465 Təxirə salınmış oyun keçirildi

Futbol İspaniya La Liqasının 16-cı turun təxirə salınmış bir oyunu keçirilib.
Madridin “Santyaqo Bernabeu” stadionunda lider "Real" və "Sevilya" klubları qarşılaşıb.“Real”ın klublararası dünya çempionatında iştirak etməsi səbəbilə təxirə salındığı görüşdə madridlilər sevinən tərəf olub - 2:1. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan rəqibinə 2:1 hesabı ilə qalib gələn Karlo Ançelottinin yetirmələri 54 xalla liderliyini bir qədər möhkəmləndirib.

Qeyd edək ki, 54 xalla turnir cədvəlinə başçılıq edən “Real”ı 50 xalla “Barselona” izləyir. 3-cü sırada qərarlaşan “Atletiko”nun isə 47 xalı var.


4 fevral
"Real" (Madrid) - "Sevilya" - 2:1