"Azərbaycanda futbola ancaq "Renge Rover"i olanlar gəlir"
1-03-2015, 10:52
Oxunub: 6 470

Holland futbolçu oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib
"Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək".
Bu sözləri "İnter"in holland futbolçusu Ruben Şaken deyib.
"Voetbal International"a danışan Hollandiya yığmasının sabiq üzvü hələ dil bilməməsinə görə çətinlik çəkdiyini bildirib: "Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da ona da ancaq "salam" və "işlərin necədi" kimi suallar vermək olur. Burada Azərbaycan dili ilə yanaşı rus və türk dillərindən də istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm".
Şaken Bakıda maşın sürməyin qorxulu olduğunu deyib: "Şadam ki, "Qarabağ"da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdi burda olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludu. Sürücüm həm də mənim üçün tərcüməçilik edir".
Holland futbolçu oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: "Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, "Feyenoord"da gördüklərimi burdakılarla müqayisə etmək olmaz. Azərbaycanda oyunların iş saatlarında, gündüz vaxtı keçirilməsinə çox təəccübləndim. Həm də burada futbola ancaq "Renge Rover"i olan varlılar gəlirlər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər