BolgeXeber.Com » İdman » "Mauqli" ləqəbli Zabit Səmədov: "Badr Hari ilə yenidən döyüşə bilərəm"
"Mauqli" ləqəbli Zabit Səmədov: "Badr Hari ilə yenidən döyüşə bilərəm"
2-05-2015, 13:28
Oxunub: 7 411
Azərbaycanın peşəkar döyüş ustası Zabit Səmədov bu ilin dekabrında Dubayda mərakeşli Badr Hari ilə dördüncü dəfə rinqə çıxa bilər
"Report" xəbər verir ki, bu barədə o, "Vestnik Kavkaz"a müsahibəsində bildirib.
Zabit 2013-cü ilin mayında Moskvada mərakeşli Badr Hari ilə baş tutan döyüşün onun üçün xüsusilə yaddaqalan olduğunu bildirib.
"Ona qədər mən Hariyə artıq iki dəfə məğlub olmuşdum, üçüncü döyüşdə isə onu nokauta saldım. Bu, əlbəttə, mənim üçün, bütün azərbaycanlılar üçün çox böyük qələbə idi. Çünki rəqib titullu idmançı idi. Mən Hari ilə bu ilin dekabrında Dubayda dördüncü dəfə üz-üzə gələ bilərəm", - deyə o əlavə edib.
Boksçu müsahibəsində Belarus, Azərbaycan və Şimali Qafqazda təknövçülüyün inkişafından danışıb: "Mən Belarus yığmasının tərkibində dəfələrlə Avropa və dünya çempionu olmuşam, hazırda isə peşəkar kimi Azərbaycanın şərəfini qoruyuram. Mən həvəskar kimi Belarus bayrağı altında üç dəfə Avropa və dörd dəfə dünya çempionu olmuşam. Lakin peşəkar idmanda Vətənimin şərəfini qorumaq qərarına gəldim, axı mən Azərbaycan vətəndaşıyam.
Azərbaycanda bizim idman növünə çox yaxşı dəstək var. Dövlət idmançılara, yarışlara böyük diqqət ayırır, idman meydançaları tikilir. Tezliklə Bakıda ilk Avropa Oyunları keçiriləcək. Onun təşkilinə də Azərbaycanda böyük diqqət var. Ümid edirəm ki, Bakı-2015 Oyunları ən yüksək səviyyədə keçəcək. Mən həmin günlər Azərbaycana azarkeşlik etmək üçün mütləq Bakıda olacağam".
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər