BolgeXeber.Com » İdman » Lənkəranda tələbə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib
Lənkəranda tələbə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib
5-05-2015, 16:08
Oxunub: 6 400
Yarışda 38 idmançı, 70-ə yaxın azarkeş iştirak edib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ali və orta ixtisas məktəblərin tələbə qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirildi
04 may 2015-ci il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ali və orta ixtisas məktəblərinin tələbə qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilmişdir. Yarışdan öncə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və tələbələr Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Burada tələbələri Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış etməklə yanaşı onlara Heydər Əliyevin siyasi irsi haqqında geniş məlumat verildi.
Daha sonra Lənkəran Tibb Kollecinin idman meydançasında baş tutan yarışı giriş sözüylə açan Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirdi ki, Ulu Öndərin əziz xatirəsi hər bir gəncin qəlbində daim yaşayacaqdır. Yarışın hakimi Fəzail Əbilov tərəfindən keçirilən püşkatmanın nəticələrinə əsasən ilk oyun Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Humanitar Kollecinin komandaları arasında baş tutdu. İlk setdə Lənkəran Dövlət Humanitar Kollecinin komandası 25-14, II setdə isə 25-5 hesabıyla qalib gəldi. İkinci oyun Lənkəran Tibb Kollecinin komandası ilə Lənkəran Dövlət Humanitar Kollecinin komandası arasında baş tutdu. Bu oyunda Lənkəran Tibb Kollecinin komandası I setdə 25-20, II setdə isə 25-16 hesabıyla qalib gəldi. Üçüncü oyun Lənkəran Tibb Kollecinin və Lənkəran Dövlət Universitetinin komandaları arasında oldu. Bu oyunda Lənkəran Tibb Kollecinin komandası ilk setdə 25-13, II setdə isə 25-8 hesabıyla qalib gəldi
Oyunların nəticələrinə əsasən Lənkəran Tibb Kolleci birinci, Lənkəran Dövlət Humanitar Kolleci ikinci, Lənkəran Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görüldülər. Komandalara Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tərəfindən diplomlar və qalib komandaya kubok təqdim olundu.
Yarışda 38 idmançı, 70-ə yaxın azarkeş iştirak edirdi.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər