AFFA-dan inanılmaz qərar: "Kəpəz" və "Zirə" Premyer Liqada
9-05-2015, 17:25
Oxunub: 5 098
Birinci dəstənin lideri olan "Neftçala" lisenziya ala bilməyib
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.BOLGEXEBER.COM -un affa.az-a saytına istinadən verdiyi məlumatına görə, iclasda 2015/16 UEFA-nın klub turnirlərində və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş 16 klubun sənədlərinə baxılıb.
Quruma AZAL, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Kəpəz”, “Qarabağ”, “Qaradağ-Lökbatan”, “Qəbələ”, “Neftçala”, “Neftçi”, “Rəvan”, “Simurq”, “Sumqayıt”, “Şuşa-Qarabağ”, “Turan Tovuz” və “Zirə” müraciət etsə də, onların bəzilərinin istəyi baş tutmayıb.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra avrokuboklarda oynamaq istəyən 7 klubdan 6-nın müraciətini müsbət dəyərləndirib. UEFA-nın klub yarışlarında iştirak etmək üçün AZAL, "Xəzər Lənkəran", "İnter", "Qarabağ", "Qəbələ" və "Neftci"yə lisenziya verilib. “Simurq” isə qitə kuboklarına buraxılmayıb.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra avrokubok hüququ olan 6 klubla yanaşı, daha 4 komandanı çempiona buraxıb.
UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 13-cü maddəsinə müvafiq olaraq, 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan “Premyer Liqa” yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
Azərbaycan futbol Premyer Liqası yarışlarında iştirak etmək üçün "Kəpəz", “Simurq”, “Sumqayıt” və "Zirə"yə lisenziya verilib. Bununla da “Kəpəz” və “Zirə” I diviziondan Premyer Liqaya yüksəlir.
Topaz Premyer Liqasının autsayderi “Bakı”, həmçinin aşağı dəstə təmsilçiləri “Qaradağ-Lökbatan”, “Neftçala”, “Rəvan”, “Şuşa Qarabağ” və “Turan Tovuz” isə güclülər dəstəsinə oynamaq hüququ qazanmayıb. Baxmayaraq ki, Neftçalanın eyniadlı klubu ı divizionun çempionu adını mövsüm bitməmiş təmin edib.
Qeyd edək ki, lisenziya iddiaçısı olan klublar imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayəti edə bilər.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər