BolgeXeber.Com » İdman » "Sevilya" Avropa Liqasının qalibi oldu-VIDEO,FOTOLAR

"Sevilya" Avropa Liqasının qalibi oldu-VIDEO,FOTOLAR

28-05-2015, 10:12
Oxunub: 4 524  "Sevilya" Avropa Liqasının qalibi oldu-VIDEO,FOTOLARBu gün Avropa Liqasında 2014/2015 mövsümünün qalibi bəlli olub

BOLGEXEBER.COM-un məlumatına görə, final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.

Avropa Liqasının son qalibi olan Sevilya təmsilçisi titulunu qorumaq istəyində idi. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” isə tarixində ilk dəfə idi ki, final həyəcanı yaşayırdı.

Gərgin və maralqı keçən görüş “Sevilya”nın qələbəsi ilə başa çatıb – 3:2.
Beləliklə, İspaniya klubu ardıcıl ikinci dəfə Avropa Liqasının qalibi olub.

Xatırladaq ki, Dnepropetrovski klubu Bakıda keçirilən “Qarabağ” – “İnter” matçında hakimin kobud səhvi nəticəsində qrupdan çıxıb. Ağdam klubunun təmiz qolunun sayılmaması sayəsində “pley-off”a təmsilçimiz deyil, "Dnepr" yüksəldi.

27 may

Avropa Liqası, final

23:45. “Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:3
Qollar: Kaliniç, 7 (1:0), Kruçoviak, 28 (1:1), Bakka, 31 (1:2), Rotan, 44 (2:2), Bakka, 73 (2:3)
Baş hakim: Martin Atkinson (İngiltərə)