Blatter yenidən FİFA prezidenti seçildi
30-05-2015, 11:59
Oxunub: 5 247
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib
Bolgexeber.com xəbər verir ki, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutub.
Bu vəzifəyə namizədlər qurumun hazırkı rəhbəri, 79 yaşlı Yozef Blatter və 39 yaşlı İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyndir.
Prezident seçkilərində Azərbaycan da daxil omlaqla FİFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verib.
İlk turda qurumun hazırkı prezidenti Yozef Blatter 133 səs toplayıb. İkinci namizəd Əli ibn Əl-Hüseyn 73 səs yığıb. Üç büllleten isə etibarsız sayılıb.
Yeni prezident ilk turdaca qalib gəlmək üçün 209 üzv iştirak edəcəyi halda 140 səs toplamalı idi. Blatterin ilk turda qalib olmaq üçün 7 səsi çatmayıb.
Lakin səsvermənin nəticəsi açıqlandıqdan sonra Əli ibn Əl-Hüseyn namizədliyin geri götürdüyünü bildirib. Nəticədə yeganə namizəd olan federasiyanın indiki prezidenti Yozef Blatterin beşinci müddətə ali futbol qurumuna rəhbərlik edəcəyi müəyyənləşib. O, bundan əvvəl 1998, 2002, 2006 və 2012-ci illərdə keçirilən seçkilərdə qalib gəlmişdi.
Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər