Daha bir klub dağılır - Cahangir Əsgərov müflis olub
1-06-2015, 17:15
Oxunub: 7 089
Azərbaycan futbolunda daha bir klub dağılmaq təhlükəsiylə üzləşib
Komanda.az xəbər verir ki, AZAL klubu fəaliyyətini dayandıra bilər. “Təyyarəçilər”in himayəçisi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun maliyyə durumu xeyli pisləşib. AZAL-dakı mənbənin saytımıza verdiyi məlumata görə, Əsgərov müflis olma həddindədi. Klubun futbolçulara üç aylıq borcu var. Mövsümün sonunda borcun ödəniləcəyi bildirilsə də, klubun sahibi “pul yoxdu” mesajını göndərib.
Futbolçulara istirahətdən qayıdandan sonra borcların ödəniləcəyiylə bağlı vəd verilib. Mənbənin verdiyi məlumata görə, vəd yerinə yetirilməyəcək. Cahangir Əsgərov ümumiyyətlə, klubdan imtina etmək niyyətindədi. Mənbə bildirdi ki, yaxın bir ay ərzində bütün suallara aydınlıq gələcək. Ola bilsin ki, Əsgərov klubun buraxılması ilə bağlı göstəriş versin.
Mənbə onu da bildirdi ki, vəziyyətin ağır olması barədə klubun rəhbər şəxsləri və baş məşqçi Tərlan Əhmədov məlumatlandırılıb. Əsgərovun maliyyə durumu o qədər pisləşib ki, AZAL-ın şefi klubun Şüvəlanda yerləşən stadionunu da satmaq niyyətindədi. Təbii ki, alan olsa...
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər