Bakı-2015: Azərbaycan neçəncidir? - CƏDVƏL
17-06-2015, 09:51
Oxunub: 5 015
Yığmamızın hesabında 19 medal var
Bakı-2015 I Avropa Oyunlarının V günündə 21 dəst medalın sahibi müəyyənləşib.
BOLGEXEBER.COM-un apasport.az-a istinadən xəbər verir ki, bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb.
8 qızıl, 3 gümüş və 8 bürüncü olan yığmamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadı. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 22 mükafat var. Bunların 12-si qızıl, 5-i gümüş, 5-i bürüncdü.
Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pilləyə yüksəlib. Belarus, Almaniya və Türkiyə yığmaları da ilk “altılıq”da qərarlaşıb.
Qeyd edək ki, Bakı-2015-in ilk 5 günündə ümumilikdə 199 - 60 qızıl, 60 gümüş, 79 bürünc medal oynanılıb. 36 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 17-si çempionluq sevinci yaşayıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər