Oxunub: 4 819İdmançılarımız tatami üzərində çıxış edir
Oxu.Az xəbər verir ki, ilk olaraq 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva çıxıb Sloveniya idmançısı Kristina Vrşiç ilə üz-üzə gəlib. Leyla Əliyeva qalib élan olunub.
48 kq çəki dərəcəsində daha bir təmsilçimiz Aişə Qurbanlı 1/16 finalda rusiyalı Kristina Rumyantseva ilə gücünə aydınlıq gətirib. O, rəqibinə qalib gəlib və növbəti mərhələyə yüksəlib.
52 kq çəki dərəcəsində Səkinə Zairova 1/16 finalda israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. O, rəqibinə məğlub olub. BOLGEXEBER.COM