BolgeXeber.Com » İdman » “Qəbələ” məğlub oldu, “İnter” qalib gəldi-VİDEO

“Qəbələ” məğlub oldu, “İnter” qalib gəldi-VİDEO

17-07-2015, 11:06
Oxunub: 4 168 “Qəbələ” məğlub oldu, “İnter” qalib gəldi-VİDEOFasiləyə 0:1 hesabı ilə məğlub yollanan Zaur Svanadzenin komandası ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" dünən növbəti matçına çıxıb

Qəbələ təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyada "Çukariçki"nin qonağı olub.

Birinci təsnifat mərhələsində "Dinamo"nu mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə mərhələ adlayan Roman Qriqorçukun komandası bu uğurun davamını gətirməyə çalışacaqdı. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə qayıtmalı idi. Lakin "qırmızı-qaralar" rəqibinə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Azərbaycanda keçiriləcək.


16 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan) - 1:0
Qol: Stoykoviç, 53-pen (1:0)
Hakimlər: Radu Petresku, Ovidiu Arten, Vladimir Urzika və Marsel Birsan (hamısı Rumıniyadandır)
Belqrad. "Çukariçki" stadionu.

"Çukariçki": Stevanoviç, Lukas Piasentin, Stoykoviç, Ostoyiç, Brezançiç (k), Draqoljub Srniç, Yankoviç, Bojiç, Stoilijkoviç, Pavloviç, Slavolyup Srniç

Ehtiyat oyunçular: Petriç, Randjeloviç, Obenq, Boljeviç, Mandiç, Yovanoviç, Mirosavljeviç,

“Qəbələ”: Dmitri Bezotosnı, Vernidub, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Floresku, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay, Sergey Zenyov, Aleksey Antonov

Ehtiyat oyunçular: Andrey Popoviç, Stankoviç, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Samir Zərgərov, Dodo
***
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Təmsilçilərimizdən "İnter" klubu bu gün növbəti matçını keçirib.

Zaur Svanadzenin komandası İslandiyada "Hafnarfyordur" klubunun qonağı olub. İlk mərhələdə "Laçi"ni (Albaniya) mübarizədən kənarlaşdıran "İnter" II təsnifat mərhələsini də keçməklə uğursuz sindroma son qoymaq niyyətindədir.

"İnter" daha öncəki illərdə ilk mərhələni uğurla adlasa da, II təsnifat mərhələsində dayanıb. Bu dəfəki rəqib isə İslandiyanın "Hafnarfyordur" klubu idi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan Zaur Svanadzenin komandası ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 23-də Bakıda keçiriləcək.

16 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan) - 1:2
Qolar: Qudnason, 39-pen (1:0), Nika Kvekveskiri, 54-pen (1:1), Diaqo Martins, 61 (1:2)
Qırmızı vərəqə: Oskarson, 50 ("Hafnarfyordur")
Hakimlər: Mixael Lerjeus, Daniel Qustavsson, Maqnus Syöblom və Kristofer Karlsson (hamısı İsveçdəndir)
Kaplakriki. "Hafnarfyordur" stadionu.


"Hafnarfyordur": Oskarsson, Vidarsson, Thorisson, Doumbia, Bödarssom, Hendriks, Palsson, Valdirmarsson, David Vidarsson (k), Bjarni Vidarsson, Qudnason

Ehtiyat oyunçular: Kristian Finnboqason, Tillen, Consson, Servi, Qudmundsson, Byörnsson, Kristian Floki Finboqason

“İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nizami Hacıyev, Nika Kvekveskiri, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev

Ehtiyat oyunçular: Giorgi Lomaya, Denis Silva, İlkin Qırtımov, Mansur Nəhavəndi, Polyak, Fomenko, Diaqo Martins