BolgeXeber.Com » İdman » "Qarabağ" növbəti mərhələdə(VIDEO)

"Qarabağ" növbəti mərhələdə(VIDEO)

23-07-2015, 10:16
Oxunub: 3 519 Komandamız Reynaldonun yeganə qolu ilə rəqibi üzərinə qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.

Qurban Qurbanovun komandası Moneteqroda “Rudar”ın qonağı olub.

Ağdam təmsilçisi cütün favoriti sayılırdı. Bakıda keçirilən ilk oyunda qeydə alınan heç-heçə isə cavab matçına marağı artırırdı.

Komandamız Reynaldonun yeganə qolu ilə rəqibi üzərinə qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib.

22 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

23:45."Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol:Reynaldo, 57 (0:1)
İlk oyun - 0:0
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Petrovaç. “Pod Malım Brdom” stadionu


"Rudar": Radanoviç, Djuriç, Nestoroviç, Jivkoviç, Yovanoviç, Knejeviç, Brnoviç, Vlahoviç (k), Vukoviç, İvanoviç

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, (İlqar Qurbanov - 64), Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, (Cavid Tağıyev – 55) Coşqun Diniyev (Elvin Məmmədov - 79)