BolgeXeber.Com » İdman » “Qəbələ”dən bəyanat: Təxribata uymayın-VİDEO

“Qəbələ”dən bəyanat: Təxribata uymayın-VİDEO

1-08-2015, 11:05
Oxunub: 3 519 “Qəbələ”dən bəyanat: Təxribata uymayın-VİDEO“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində səfərdə Kiprin “Apollon” komandasına qarşı keçirdiyi ilk oyundakı qalmaqalla əlaqədar bəyanat yayıb

Bolgexeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” - “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub. Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb”.

Bəyanatda xatırladılır ki, komandanın kapitanı Cavid Hüseynov 2006-cı ildə 19 yaşlılardan ibarət Azərbaycan - Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb: “Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanıb. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımız bildirilıb və məsələyə müdaxilə etmələri tələb edilib. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb”.

Qeyd olunur ki, bununla belə, bütün xəbərdarlıqlara baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam edib: “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməyib. Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 6 avqust 2015-ci il tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq”.