BolgeXeber.Com » İdman » “Qarabağ” tarix yaza bilmədi-VİDEO

“Qarabağ” tarix yaza bilmədi-VİDEO

6-08-2015, 10:31
Oxunub: 3 342 “Qarabağ” tarix yaza bilmədi-VİDEO“Qarabağ” azarkeşlərini belə məyus etdi

“Qarabağ”dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Şotlandiya çempionu “Seltik”lə üz-üzə gəlib.

Ötən mövsüm ÇL-lə “Zalsburq”la görüşlərdən sonra vidalaşan “Qarabağ” bu dəfə pley-offa kimi irəliləmək istəyindəydi. İndiyə kimi heç bir klubumuz Çempionlar Liqasının pley-offunda çıxış etmək həyəcanı yaşamayıb. Azərbaycan çempionu “Seltik” səddini keçməklə, bu ilkə imza ata bilərdi.

Ancaq bu, “köhlən atlar”a müyəssər olmayıb. İlk oyunda 0:1 hesabıyla məğlub olan ağdamlılar cavab oyununda qolsuz bərabərliyə imza ataraq ÇL-lə vidalaşıb.

“Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

İlk oyun – 0:1

5 avqust

21:30. Qarabağ (Azərbaycan) – Seltik (Şotlandiya) 0:0
Baş hakim: Martin Strömberqsson.
Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq.
Ehtiyat hakim: Yohan Hamlin (hamısı İsveç).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya).
Bakı. T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Cavid Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. El Jadeyaoui, 29. Raydell Pupon.

Ehtiyat oyunçular: 1 Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Seltik: 1. Qordon, 3. İzaqirre, 5. Van Diyk, 20. Boyata, 23. Lustiq, 6. Biton, 8. Broun (k), 14. Armstronq, 16. Makey-Stiven, 25. Yohansen, 7. Nadir Çiftçi.
Ehtiyat oyunçular:

Ehtiyat oyunçular: 26. Bailli, 4. Ambroze, 22. Yanko, 15. Kommons, 18. Roqiç, 49. Forrest, 9. Qriffits.

Baş məşqçi: Ronni Deyla.
Bolgexeber.com