BolgeXeber.Com » İdman » “Barselona”nın möcüzəyə gücü çatmadı-“Atletik” İspaniya Superkubokunu qazandı – VİDEO
“Barselona”nın möcüzəyə gücü çatmadı-“Atletik” İspaniya Superkubokunu qazandı – VİDEO
18-08-2015, 11:28
Oxunub: 4 949
İspaniya Superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, titulun sahibinin adı “Barselona” və “Atletik” arasında cavab oyunundan sonra rəsmiləşib
Bilbaoda keçirilən ilk qarşılaşmada 0:4 hesabı ilə uduzan Barselonanın eyniadlı təmsilçisi “Nou Kamp”da möcüzəyə imza ta bilməyib. Kataloniyalılar ilk yarıda hesabı açsa da, het-triklə ilk matçın qəhrəmanı olan Arits Aduris bərabərlik qoluna imza atıb – 1:1.
Bununla da “Atletik” tarixində ikinci dəfə Superkuboka yiyələnib. Bilbaolular 1984-cü ildə, o vaxt mövcud olan qaydalara əsasən, “Qızıl dubl”a imza atdığı oyun keçirmədən mükafatlandırılmışdı.
“Barselona”isə “Qızıl dubl”a sevinsə də, kubokun finalında məğlub etdiyi “Atletik”ə uduzub. Bilbao klubu həm də bu yarışdakı əvvəlki iki məğlubiyyətin qisasını alıb. 1983-cü ildə “Atletik” ölkə çempionu olsa da, kubokun qalibi olan rəqibinə uduzmuşdu – 1:3, 1:0. 2009-cu ildə “Qızıl dubl”u rəsmiləşdirən barselonalılar Superkubokda da üstün olmuşdu – 2:1, 3:0.
Qeyd edək ki, 11 dəfə Superkuboka sahib çıxan “Barselona” 9-cu dəfə bu titul uğrunda dueldən məğlub ayrılıb.
İspaniya Superkuboku
Cavab oyunu
17 avqust
“Barselona” – “Atletik” – 1:1
Messi,43 – Aduris,78
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər