Oxunub: 5 711Ronaldo 5 qolla rəqib komandanı meydana çıxmağa peşman etdi
Portuqaliyalı futbolçu Cristiano Ronaldo İspaniya çempionatı çərçivəsində "Real" klubunun heyətində vurduğu qolların sayına görə rekord müəyyən edib.
Musavat.com xəbər verir ki, Ronaldo İspaniya çempionatının 3-cu turunda "Espanyol" ilə səfər qarşılaşmasında 5 qol vurub. Matç ümumilikdə 6-0 hesabı ilə yekunlaşıb.
Ronaldo bu qolları ilə rekorda da imza atıb. İndi onun hesabında 230 qol var. Və Ronaldo bu göstəriciyə görə, klubun əvvəlki kapitanı, İspaniya çempionatında 228 qol vurmuş Raulu qabaqlayaraq, yeni rekor qırıb. Bolgexeber.com