“Qarabağ” “Tottenhem”ə uduzdu-VİDEO
18-09-2015, 10:21
Oxunub: 5 816
Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib
Qol.Az-ın məlumatına görə, ardıcıl ikinci ildir ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da qrupda ilk oyununa çıxıb.
Ağdam təmsilçisi səfərdə İngiltərənin köklü klublarından olan “Tottenhem”lə qarşılaşıb. Rəqib həm cütün, həm də qrupun favoriti hesab olunurdu. Bununla belə Qurban Qurbanovun rəhbərlik etdiyi komandamızdan uğurlu nəticə gözləyənlər də az deyildi.
Oyun komandamız üçün yaxşı başlayıb. Yeddinci dəqiqədə “Qarabağ” Almeydanın penaltidən vurduğu qolla hesabda önə keçib. Lakin daha sonra 3 qol vuran London təmsilçisi görüşdən 3 xalla ayrılıb.
Qeyd edək ki, bu görüş həmçinin, Azərbaycan və ingilis klubları arasında ilk görüş kimi əlamətdar olacaq.
17 sentyabr
Avropa Liqasının qrup mərhələsi, I tur
00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 3:1
Qollar: Riçard Almeyda, 7-pen (0:1), Hong min Son, 28 (1:1), 30 (2:1), Lamela, 86 (3:1)
Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Voqel (hamısı İsveçrə)
London. “Uayt Hart Leyn”.
“Tottenhem”: Lloris, Rose, Alderveyreld, Dier, Trippier, Vimmer, Lamelo, Taunsend, Alli, Karroll, Son
Ehtiyat oyunçular: Vorm, Fazio, Davies, Nije, Onomaj, Vinks, Keyn
“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, Cavid Tağıyev
Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Miqel Markos Madera, Samuel Armenteros,Alharbi Əl Jadeyaoui, Coşqun Diniyev
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər