Oxunub: 5 700İspaniya La Liqasında V turun oyunları davam edir
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 görüş keçirilib.
Son çempion "Barselona" səfərdə "Selta Viqo"nun qonağı olub. Oyun Kataloniya təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn "Selta Viqo" turnir cədvəlində liderlər qrupunda qərarlaşıb.
Madridin "Real" klubu bu tur Bilbaoya səfər edib. Burada "Atletik"lə qarşılaşan "kral klubu" çətin qələbə qazanıb. Benzemanın dublu sayəsində 2:1 qalib gələn "Real" liderliyə yüksəlib.
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" səfərdə "Levante" ilə münasibətlərinə aydınlıq gətirib. Qonaq komanda 2:0 hesabı ilə önə keçsə də, sonda üstünlüyünü əldən verərək 1 xalla kifayətlənib - 2:2.
Qeyd edək ki, La Liqada 5-ci tura bu axşam keçiriləcək "Betis" - "Deportivo" matçı ilə yekun vurulacaq.