BolgeXeber.Com » İdman » “Qarabağ” yenə uddu,"Qəbələ" isə Krasnodardan əliboş qayıtdı-VİDEO

“Qarabağ” yenə uddu,"Qəbələ" isə Krasnodardan əliboş qayıtdı-VİDEO

2-10-2015, 12:20
Oxunub: 4 205 “Qarabağ” yenə uddu,"Qəbələ" isə Krasnodardan əliboş qayıtdı-VİDEO"Qarabağ" 33 qat Belçika çempionunu uddu

Oktyabrın 1-də Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına start verilib.Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" doğma meydanda Belçika "Anderlext"i ilə qarşılaşıb.
İlk turda İngiltərə "Tottenhem"inə uduzmuş Qurban Qurbanovun komandası 1:0 hesablı qələbə qazanmağa nail olub. Bununla da 3 xal qazanan Ağdam klubu qrup ikinciliyinə yüksəlib. Onun 3 xalı var.
"Qarabağ"-"Anderlext" oyunundan sonra insident baş verib. Matçdan sonra "Anderlext" futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.
Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.Qeyd edək ki, "Qarabağ" ilk turda səfərdə "Tottenhem"ə yenilib - 1:3. "Anderleхt" isə "Monako" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Avropa Liqası
2015/16 mövsümü
J qrupu

1 oktyabr
22.00 Qarabağ (Azərbaycan) - Anderlext (Belçika) 1:0
Qol: Riçard Almeyda, 36.Qarabağ: 13. İbrahim Şehiş, 2. Qara Qarayev, 5. Maksim Medvedev 9. Reynaldo Silva, 10. Dani Quintana ( 91. Coşqun Diniyev, 68), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Əlhərbi El Jadeyaou (32. Elvin Yunuszadə, 77), 90. Samuel Armenteros (22. Əfran İsmayılov, 61).Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 8. Miqel Markos Madera, 18. İlqar Qurbanov, 29. Rudell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.
Anderlext: 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 4. Serigne Mbodji, 7. Endi Najar, 10. Dennis Praet (9. Matias Suares, 72), 16. Steven Defur, 30. Jiliyam Gillet (31. Yuri Tielemans, 72), 32. Leander Dendonker, 37. İvan Obradoviç (Frank Açempong, 65), 93. İmoh Ezekiel, 99. Stefano Okaka.
Ehtiyat oyunçular: 33. Dav Roef, 14. Bram Nuytink, 17. İbrahima Konte, 18. Frank Açempong, 26. İdrissa Sulla.Baş məşqçi: Besnik Hasi.
Sarı vərəqə: Steven Defur, 74.
Hakimlər: Oliver Draxta, Roland Brandner, Stefan Kuehr, Roland Riedel (Avstriya).
Əlavə hakim köməkçiləri: Manuel Şkuettengruber, Dieter Mukenhammer (Avstriya).
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan).
Hakim-inspektor: Darko Ceferin (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Avrokubokdakı digər təmsilçimiz "Qəbələ" dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.

Roman Qriqorçukun yetirmələri Rusiyada “Krasnodar”ın qonağı olublar. İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək, xal ehtiyatını artırmaq niyyətində idi.

Ancaq matça ev sahibləri fəal başlayıblar. 8-ci dəqiqədə Vanderson erkən qola imza ataraq komandasını hesabda önə çıxarıb. İlk yarı bu hesabla tamamlanıb.

İkinci hissəyə isə təmsilçimiz qolla başlayıb. Fasilədən sonra 6-cı, oyunda isə 51-ci dəqiqədə Dodo Antonovun ötürməsindən maksimum yararlanaraq bərabərliyi təmin edib.

Ancaq oyunun nəticəsini ruslar təyin edib. Smolov 84-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin "kefin soğan doğrayıb".

Bu oyuna qədər avrokubokda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb.

Qrupun digər oyununda isə ilk matçda Bakıda "Qəbələ" ilə qolsuz bərabərliyə razılaşan PAOK öz meydanında Dortmund "Borussiya"sına uduzmayıb. Qarşılıqlı vurulan 1 qol, hər komandaya 1 xal qazandırıb.

Avropa Liqası, qrup mərhələsi
II tur
1 oktyabr


C qrupu

“Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) - 2:1
Qollar: Vanderson, 8; Smolov, 84 - Dodo, 51
Baş hakim: Marçin Borski (Polşa)
Krasnodar. “Kuban” stadionu

PAOK (Yunanıstan) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qol: Mak, 34 - Gastro, 72
Baş hakim: Anthoni Teylor (İngiltərə)
Saloniki, “Stadio Toumba”
Bolgexeber.com