BolgeXeber.Com » İdman » "Sumqayıt" çempion "Qarabağ"ı belə məğlub etdi - VİDEO

"Sumqayıt" çempion "Qarabağ"ı belə məğlub etdi - VİDEO

26-10-2015, 11:00
Oxunub: 4 541 "Sumqayıt" çempion "Qarabağ"ı belə məğlub etdi - VİDEO"Qarabağ"ın ilk məğlubiyyəti
“Qəbələ” lider olub.

Topaz Premyer-Liqasının 9-cu mərhələsinin iki yekun oyunu baş tutub.

Oyunların nəticələri gözlənilməz olub. “Qəbələ” ev sahibliyi etdiyi oyunda “Zirə”yə qalib gələ bilməyib - hesab 0:0. “Qarabağ” isə qonaq olduğu matçda “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, Avropa Liqasındakı hər iki nümayəndəmiz 9-cu mərhələdə uğursuz çıxış ediblər. Topların fərqi sayəsində “Qəbələ” indi birinci yeri tutur.

Turnir cədvəli:

1. “Qəbələ” – 20 xal (9 matç)

2. “Qarabağ” – 20 (9)

3. “İnter” – 17 (9)

4. “Zirə” – 16 (9)

5. “Kəpəz” - 14 (9)

6. “Neftçi” – 9 (9)

7. “Xəzər-Lənkəran” – 9 (9)

8. “Sumqayıt” – 8 (9)

9. AZAL – 7 (9)

10. “Rəvan” – 2 (9)


Bu oyunlardan hazırlanmış videoları sizə təqdim edirik: