Ukrayna və İsveç millisi "Avro-2016"nın final mərhələsində!
18-11-2015, 17:32
Oxunub: 5 282
Bu gün "Avro-2016"nın final mərhələsinə vəsiqə verən "pley-off"un cavab oyunlarına yekun vurulub
Qol.Az-ın məlumatına görə, baş tutacaq iki görüşdən sonra turnirin final mərhələsinə vəsiqə qazanan son iki komanda müəyyənləşib.
Sloveniya öz meydanında Ukraynanı qəbul edib. Qonaqlar ilk görüşdə 2:0 hesabı ilə qələbə qazandıqları üçün mərhələ adlamağa çox yaxın idilər. Səfərdə rəqibi ilə 1:1 hesabı ilə bərabərə qalan Ukrayna yığması "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanıb.
Digər oyun Danimarkada keçirilib. Burada İsveç millisi Danimarkanın qonağı olub. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn İsveç yığması bu üstünlüyünü qorumağa çalışacaqdı ki, bunu da bacarıb. Zlatan İbrahimoviçin dublu qonaqları hesabda irəli çıxarıb. Matçın sonlarına yaxın Danimarka iki qol vursa da, bu mərhələni keçməyə yetərli olmayıb. Görüş 2:2 hesabı ilə başa çatıb və İsveç yığması Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.
Xatırladaq ki, daha öncə Macarıstan və İrlandiya yığmaları "pley-off" oyunlarından qalib ayrılaraq gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
17 noyabr
"Avro-2016", pley-off mərhələsinin cavab oyunu
23:45. Sloveniya - Ukrayna - 1:1
Qollar: Sezar, 11 (1:0), Yarmolenko, 90+7 (1:1)
Qırmızı vərəqə: Breçko, 90+3 (Sloveniya)
İlk oyun - 0:2
23:45. Danimarka - İsveç - 2:2
Qollar: İbrahimoviç, 19 (0:1), 76 (0:2), Poulsen, 81 (1:2), Vesterqard, 90+1 (2:2)
İlk oyun - 1:2
Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 8-02-2025, 17:31 : Təyyarə qəzası zamanı həlak olanlara ev veriləcək?
Xəbərlər / Ölkə
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman
- 15-01-2025, 16:49 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Bölgə / Xəbərlər
- 21-01-2025, 17:54 : Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi
Siyasət / Xəbərlər