BolgeXeber.Com » İdman » “Sumqayıt” və “Kəpəz” heç-heçə oynadılar – VİDEO

“Sumqayıt” və “Kəpəz” heç-heçə oynadılar – VİDEO

8-12-2015, 10:21
Oxunub: 4 305 “Sumqayıt” və “Kəpəz” heç-heçə oynadılar – VİDEO“Rəvan” və AZAL-da sülh bağladılar

Bu gün Azərbaycanın futbol üzrə Topaz Premyer-liqasının 15-ci turunun son iki matçı baş tutub.

“Sumqayıt” evdə “Kəpəz” ilə heç-heçə oynayıb – 2:2. Gəncəlilər yalnız matçın sonunda hesabı bərabərləşdirə biliblər.
Daha bir oyunda “Rəvan” AZAL ilə heç-heçə edib – 0:0.

Xatırladaq ki, bazar günü “Qəbələ” Lənkəranda 1:0 hesabı ilə qalib gəlmiş, “Neftçi və “Zirə” 1:1 hesablı heç-heç etmiş, “Qarabağ” isə “İnter”in qapısından 1 cavabsız top keçirmişdi.

Turnir cədvəli:

1. “Qarabağ” – 35 xal (15 matç)
2. “Qəbələ” – 27 (15)
3. “Zirə” – 25 (15)
4. “İnter” – 24 (15)
5. “Kəpəz” – 21 (15)
6. “Neftçi” – 20 (15)
7. AZAL – 13 (15)
8. “Sumqayıt” – 13 (15)
9. “Xəzər-Lənkəran” – 12 (15)
10. Rəvan – 10 (15)