"Neftçi"yə şok cəza - 1 milyon
11-12-2015, 15:46
Oxunub: 5 022
2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə komandanın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb.
"Report"un "Neftçi"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.
3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın yanvarın 21-də futbolçunun xeyrinə çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Emil Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib. 13.03.2012-ci il tarixdə isə “Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Emil Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq, klubdan təzminat tələb edib. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar 15.07.2015-ci il tarixdə “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlayib. CAS-ın qərarında göstərilən təzminat məbləğinin 1 milyon dollar olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər