Avropa Oyunlarına ev sahibi tapılmır
12-03-2016, 09:59
Oxunub: 4 935
Rusiya Avropa oyunlarını qəbul etməkdən imtina edib
Bolgexeber.com-un ans press-ə istinadən məlumatına görə, Avropa Olimpiya Komitəsi (AOK) hələ 2015-ci ilin noyabrında elan edib ki, 2019-ci ildə ikinci Avropa oyunlarının keçirilməsi üçün yeganə namizəd Rusiyadır. Avropa Olimpiya Komitəsinin icraiyyə bölməsinin üzvü rusiyalı Aleksandr Kozlovski, hətta oyunların keçirilməsinə namizəd şəhərlər kimi Kazan və Soçini misal göstərib.
Amma Rusiyanın idman naziri Vitali Mutko "Bes sport" idman informasiya agentliyinin xüsusi müxbiri Viktor Limasova müsahibə verərək bildirib ki, Rusiya bu yarışların keçirilməsi üçün heç bir ərizə verməyəcək.
"2019-cu ildə ölkəmizdə Avropa oyunları olmayacaq. Birincisi, Rusiya ən böyük idman hadisəsi kimi adını tarixə çoxdan yazıb. İkincisi, bir sıra səbəblər var ki, belə miqyaslı kompleks yarışların keçirilməsi üçün məqsədəuyğun deyil, buna həm siyasi vəziyyət, həm də cari iqtisadi vəziyyət aiddir. Avropa Olimpiya Komitəsi nümayəndələrinin dedikləri onların şəxsi fikirləri, hansısa arzularıdır. Lakin mən təkrar edirəm: Biz İkinci Avropa Oyunlarını dəqiq keçirməyəcəyik", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Avropa Oyunları - 2015-ci il 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışıdır. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib. Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkəsini təmsil edib, 253 medal dəsti uğrunda mübarizə aparıb.
Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər