BolgeXeber.Com » İdman » “Real” Ronaldunun het-triki sayəsində yarımfinala yüksəldi - VİDEO

“Real” Ronaldunun het-triki sayəsində yarımfinala yüksəldi - VİDEO

13-04-2016, 10:50
Oxunub: 3 670 “Real” Ronaldunun het-triki sayəsində yarımfinala yüksəldi - VİDEOBu gün UEFA Çempionlar Liqasının 1/4 finalının ilk cavab oyunları keçirilib

İspaniya komandası "Real Madrid" alman təmsilçisi "Volfsburq"u qəbul edib. İlk oyunda 2:0 hesabı ilə uduzan Madridlilər, cavab qarşılaşmasında ilk dəqiqələrdən üstünlüyü öz əllərinə keçiriblər. Bunun nəticəsi olaraq 16 və 17-ci dəqiqələrdə portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Real" azarkeşlərini sevindirdi - 2:0.

Oyunun 77-ci dəqiqəsində "Real" azarkeşləri bir daha ayağa qalxdı. Ronaldo xettrikə imza ataraq komandasını yarımfinala çıxardı - 3:0.

Digər cavab qarşılaşması İngiltərədə keçirilib. Fransalı PSJ "Mançester Siti"nin qonağı olub. 76-cı dəqiqədə Kevin de Brüynenin vurduğu yeqanə qol nəticəsində "Mançester Siti" yarımfinala vəsiqə qazanıb. Xatırladaq ki, Parisdə keçirilən oyun 2:2 hesabı ilə yekunlaşmışdı.

Beləliklə, "Real Madrid" və "Mançester Siti" Çempionlar Liqasının yarımfinalına yüksəldilər.