BolgeXeber.Com » İdman » Messinin 500-cü qolu və "Barselona"nın 13 illik uğursuzluğu-VİDEO

Messinin 500-cü qolu və "Barselona"nın 13 illik uğursuzluğu-VİDEO

18-04-2016, 12:16
Oxunub: 3 592 Messinin 500-cü qolu və "Barselona"nın 13 illik uğursuzluğu-VİDEOİspaniya çempionatında çempionluq yarışı yenidən başlayır

"Barselona" İspaniya çempionatında ardıcıl olaraq 3-cü dəfə məğlub olub. ANS PRESS-in məlumatına görə, La liqanın 33-cü turunda “Barselona” doğma azarkeşlər önündə “Valensiya” ilə, “Atletiko Madrid” isə “Qranada” ilə qarşılaşıb. Madridlilər qalib gələrək turnir cədvəlində xalını 76-ya yüksəldiblər.

Bu, "Barselona"nın son 13 ildə yaşadığı ilk belə uğursuzluqdu.
“Valensiya” oyunun taleyini həll edən qolları ilk hissədə vurub. İkinci hissədə Messi karyerasında 500-cü qolu vurub. Lakin argentinalının bu qolu komandası üçün yalnız təsəlli olub. Bu, “Barselona”nın son 13 ildə yaşadığı ilk belə uğursuzluqdur. Katalonlar ölkə çempionatında sonuncu dəfə ardıcıl 3 məğlubiyyətlə 2003-cü ildə üzləşib. Həmin vaxt ilin əvvəlində “Barsa” 3 matçda xalsız qalıb. “Barselona” La liqanın cari mövsümündə "Real Madrid"ə (1:2) və “Real Sosyedad”a (0:1) ard-arda məğlub olub. “Atletiko Madrid” isə rəqibini asanlıqla məğlub edib. "Hindular" bununla da məğlub olan "Barselona" ilə xallarını bərabərləşdiriblər.


"Barselona" - "Valensiya" 1-2
"Malaqa" - "Atletik" (Bilbao) – 0:1
Qol: Qarsiya, 56

"Sevilya" - "Deportivo" – 1:1
Qollar: İborra, 21 (1:0), Oriol Riera, 81 (1:1)

"Atletiko" (Madrid) - "Qranada" – 3:0
Qollar: Koke, 16. Fernando Torres, 60. Korrea, 84.

"Rayo Valyekano" - "Vilyareal" – 2:1
Qollar: Querra, 8 (1:0), Adrian, 21 (1:1), Miku, 82 (2:1)

"Barselona" - "Valensiya" – 1:2
Qollar: Rakitiç, 26-avtoqol (0:1), Mina, 45 (0:2), Messi, 63 (1:2


"Atletiko Madrid" - "Qranada" 3-0