"Qəbələ" futbol klubu ölkə çempionatında iştirakını dayandıra bilər
29-04-2016, 09:55
Oxunub: 4 199
“Qəbələ” futbol klubu futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxara bilər
"Report" xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi müraciətdə deyilir.Müraciətdə təəssüf hissi ilə qeyd olunur ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı klub üçün ciddi problem yaradır.
" “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir edib. Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik edib", - deyə müraciətdə bildirilir.
“Qəbələ” Futbol Klubu belə hallara dərhal reaksiya verilməsini və bu sahədə ciddi tədbirlər görməsini gözləyir.
“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər