Lionel Messi: "Real Madrid"in qələbə qazanmasını istəmirlər"
10-05-2016, 11:18
Oxunub: 4 396
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi çıxış etdiyi klubun digər komandalarla münasibətindən danışıb
"Report"un məlumatına görə, argentinalı hücumçu əzəli rəqibləri "Real Madrid" haqda fikirlərini bildirib.
O, Madrid təmsilçisinin qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalına vəsiqə qazandığını xatırladaraq, "Barsa"nın hazırkı vəziyyətindən söz açıb: "Azarkeşlərimiz istəyirlər ki, "Real Madrid" heç vaxt qələbə qazanmasın. Qarşı tərəfdəkilər də bizə bunları arzu edir. Ancaq "Real Madrid" finaldadır, biz isə öz işimiz haqda düşünməliyik. Ölkə çempionatının qalibi olmaq və İspaniya Kubokunu qazanmaq heç də pis olmaz. Ancaq hər şey bu qədər sadə deyil".
Messi ölkə çempionatındakı rəqibləri haqda da fikirlərini söyləyib: "Biz "Real Madrid", "Atletiko Madrid", "Sevilya", Vilyarreal" kimi klublarla yarışırıq. Bunlar ciddi komandalardır. Bu səbəbdən, biz bundan zövq almalıyıq".
Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada çıxış etdiyi 32 oyunda 26 qol vurub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər