"Şərurspor"Azərbaycan Premyer Liqasında oynayacaq
16-05-2016, 19:36
Oxunub: 5 016
2016-2017 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etməyə hazır olan I Divizion klubunun adı açıqlanıb
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Report"a verdiyi məlumata görə, bu, "Şərurspor" klubudur.
R.Musayev bildirib ki, klubun prezidenti Sərdar Bağırov Premyer Liqada oynamaq imkanı yaradılmasını israrla xahiş edir: "Klubdan hər gün mənə zəng edirlər. Deyirlər ki, Premyer Liqada iştirak üçün maliyyə durumları da imkan verir və böyük məmnuniyyətlə gəlmək istəyirlər. Hətta hansı bankdan nə cür təminat tələb olunursa, müvafiq məktubu da gətirməyə hazırdırlar. Yəni klubun maliyyə durumu imkan verir. Sərdar müəllim bütün şərtlərə, şəraitə uyğun komanda təşkil edib Premyer Liqaya qatılmağa hazır olduqlarını bildirib".
PFL prezidentinin sözlərinə görə, klub ev oyunlarını Naxçıvanın Şərur rayonunda da keçirməyə hazırdır: "İstəyirlər ki, rəqibləri Şərurda qəbul etsinlər. Amma komandalarımızın ora gediş-gəliş problemi olduğundan, hələ bu məsələni danışmamışıq. Amma ev oyunlarını Bakıda keçirə bilərlər. Biz onlarla danışdıq. Bakı ətrafında torpaq sahəsi almağa, yenidən stadion tikməyə hazırdırlar. Yəni futbola maliyyə qoymaq istəyən insanlarımız var".
Qeyd edək ki, "Şərurspor" I Divizionda 2015-2016 mövsümündən çıxış etməyə başlayıb. Klub çempionatı 14 komanda arasında 28 xalla 11-ci pillədə başa vurub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər