Bu gün Avropanın ən güclüsü bilinəcək- "Real`, yoxsa `Atletiko"?
28-05-2016, 11:38
Oxunub: 5 084
Bu gün UEFA Çempionlar Liqasının final matçı keçiriləcək
Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulacaq.
Milanda keçiriləcək həlledici qarşılaşmada İspaniyanın 2 klubu - "Real" və "Atletiko" üz-üzə gələcək. "San Siro"da baş tutacaq Madrid derbisində kimin qalib ayrılacağı maraqla gözlənilir.
Rəqibinə nisbətən Çempionlar Liqası təcrübəsi daha çox olan "Real" həlledici qarşılaşmanın favoriti hesab olunur. "Kral klubu" bu vaxta qədər 10 dəfə bu turnirin qalibi olub ki, bu da rekord göstəricidir.
Komandaların heyətində ciddi itki yoxdu. "Real"ın lideri Kriştianu Ronaldo mayın 24-də zədələnərək, məşqi yarımçıq tərk etsə də, tibbi müayinədən sonra zədənin ciddi olmadığı üzə çıxmış və portuqaliyalı dünəndən etibarən yenidən kollektivə qoşulmuşdu.
Bu isə o deməkdi ki, Ronaldo həlledici qarşılaşmada komandasına kömək edə biləcək. "Atletiko"da isə yalnız Xesus Qames zədəlidi.
Çempionlar Liqası
Final
28 may
22:45. "Real" (Madrid, İspaniya) - "Atletiko" (İspaniya)
Baş hakim: Mark Klattenburq
Milan. "San Siro" stadionu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər