Azad Rəhimov: "Növbəti Avropa Oyunlarını Rusiya keçirməlidir"
7-06-2016, 11:15
Oxunub: 4 821
"2019-cu il II Avropa Oyunlarını başqa ölkə yox, yalnız Rusiya keçirməlidir"
"Report"un məlumatına görə, bunu TASS-a açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
"Rusiya Oyunları keçirməkdən imtina edirsə, bu, mənim kompetensiyamda deyil. Amma Avropa Oyunları yaxşı yarış və idmançılar üçün nəhəng mübarizə təcrübəsidir. Axı onların Olimpiya Kəndində qalmaları vacibdir", - nazir vurğulayıb.
A.Rəhimov əmindir ki, Avropa Oyunlarında iştirak edənlər olimpiadada yaxşı nəticələr göstərəcəklər: "Yəni, belə ab-havada iştirak və həyat təcrübəsi öz sözünü deyəcək. Avropa Oyunları lazımlıdır, bu yarışın çox yaxşı gələcəyi olmalıdır. Fikrimcə, bu baxımdan, Rusiya idmançılara kömək edəcək, Kazan isə onları dəstəkləyəcək".
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Rusiya yığması 164 medalla (79 qızıl, 40 gümüş, 45 bürünc) ümumi komanda hesabında birinci olub. Daha öncə Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ildə II Avropa Oyunlarını keçirməyəcəklərini açıqlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər