Portuqaliya millisi İslandiya ilə bacarmadı - VİDEO
15-06-2016, 10:04
Oxunub: 5 276
İyunun 14-də futbol üzrə XV Avropa çempionatının “F” qrupunun ikinci oyununda Portuqaliya və İslandiya milli komandaları qarşılaşıb
Sent-Etyen şəhərindəki “Cefri Quşar” stadionunda keçirilən matçı türkiyəli baş hakim Cüneyd Çakır idarə edib.
Avropa çempionatının debütantı İslandiya yığmasının qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradan Portuqaliya millisi 31-ci dəqiqədə hesabı açıb. Portuqaliyalıların sağ cinahdan başlatdıqları hücumda Andre Qomeşin ötürməsindən sonra Nani yaxın küncü dəqiq nişan alıb - 1:0. İlk hissə bu hesabla da başa çatıb. Bu, Portuqaliya millisinin Avropa çempionatlarının final mərhələlərində 41-ci qolu olub.
Portuqaliya yığması fasilədən sonra da bir neçə qol vəziyyəti yaradıb. Lakin bu, hesabın bərabərləşməsinə mane olmayıb. Oyunun 50-ci dəqiqəsində Yohan Qudmunsonun ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Birkin Byarnason hesabı bərabərləşdirib - 1:1.

Qoldan sonra portuqaliyalılar təşəbbüsü tam ələ alaraq bir-birinin ardınca çoxsaylı qol vəziyyətləri yaradıblar. Lakin portuqaliyalılar 20-dən çox qol cəhdinə baxmayaraq, islandiyalıların qapısına ikinci dəfə yol tapa bilməyiblər və matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu matç "Avro-2016" ın qrup mərhələsinin ilk turunun sonuncu oyunu olub. İlk turdan sonra "F" qrupuna üç xalla Macarıstan yığması başçılıq edir. Aktivlərinə bir xal yazdıran Portuqaliya və İslandiya yığmaları ikinci-üçüncü yerləri bölüşürlər. İlk oyunda məğlubiyyətlə üzləşən Avstriya millisi isə sonuncu pillədə qərarlaşıb.
Qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 18-də Portuqaliya-Avstriya və Macarıstan-İslandiya oyunları keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər