Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlandı
16-06-2016, 11:53
Oxunub: 4 391
Boyanka Kostovanın “Rio-2016”-da iştirakı sual altına düşüb
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.
Bolgexeber.com xəbər verir ki, “Report”un məlumatına görə, 10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var.
Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.
Svetlana Podobedova, Mayya Maneza, İlya İlyin, Zulfiya Çinşanlo (hamısı Qazaxıstan), Dina Sazanavets, Marina Şkermankova, Yevgeni Jarnasek (hər üçü Belarus), Apti Auxadov (Rusiya) və Yuliya Kalina (Ukrayna) da eyni aqibətlə üzləşib.
İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Ehtimallar təsdiqlənsə, müvafiq cəza tədbiri görüləcək və dərc olunacaq.
Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.
Qeyd edək ki, Boyanka Kostova “London-2012”-də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.
Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakı hələ təsdiqlənməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər