BolgeXeber.Com » İdman » Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub - VİDEO

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub - VİDEO

5-07-2016, 09:35
Oxunub: 3 558 Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub - VİDEOHələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub

"Report"un məlumatına görə, "Qəlb və ürək" adlanan bəstənin müəllifləri braziliyalı Tiaqinyo və Projotadır.Mahnıya çəkilmiş videoklipdə Rio-de-Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə 10-12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub. Tiaqinyo Olimpiadanın rəsmi saytına açıqlamasında bildirib ki, bu mahnı Braziliyanın özü kimi səslənir:"Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir".
Qeyd edək ki, "Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.