BolgeXeber.Com » İdman » Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkü atılıb

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkü atılıb

26-07-2016, 13:14
Oxunub: 4 610 Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkü atılıb Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib

"Report"un məlumatına görə, tədbir saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunub.
Püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurum rəsmiləri, klub nümayəndələri və jurnalistlər iştirak ediblər. Qarşıdakı mövsümdə Premyer Liqamızda 8 klub iştirak edəcək və yenə 4 dövrədən ibarət mübarizə olacaq.
I turda bu oyunlar baş tutacaq: "Qəbələ" - "Kəpəz", "Qarabağ - İnter", "Zirə" - "Sumqayıt", AZAL - "Neftçi".
Qeyd edək ki, çempionat avqustun 6-7-də başlayacaq.