BolgeXeber.Com » İdman » Braziliya polisi “Formula-1”-in rəhbərinin oğurlanmış qayınanasını azad etdi
Braziliya polisi “Formula-1”-in rəhbərinin oğurlanmış qayınanasını azad etdi
1-08-2016, 14:30
Oxunub: 4 702
Qaçırılan qadın üçün 36 milyon dollar tələb edilirdi
“Formula-1”-in promouteri Berni Ekklstounun 10 gün bundan əvvəl San-Pauldakı evindən qaçırılan qayınanası 67 yaşlı Aparesida Şunk Braziliya polisi tərəfindən azad edilib.
Bolgexeber.com BBC-yə istinadən xəbər verir ki, Aparesida Şunk – Ekklstounun 38 yaşlı üçüncü arvadı Fabiana Flosinin anasıdır.
Qaçırılan qadın üçün 36 milyon dollar tələb edilirdi, amma polis onların bir sent almadığını iddia edir.
San-Paulun polis nümayəndəsi Elizabet Satu BBC-yə hüquq-mühafizəçilərinin Şunku azad etmək üçün geniş əməliyyat həyata keçirdiklərini bildirib.
Əməliyyat nəticəsində iki şübhəli həbs edilib, Aparesida Şunk isə xəsarət almayıb.
85 yaşlı Berni Ekklstoun idman dünyasında ən nüfuzlu və zəngin şəxslərdəndir, onun sərvəti 3,1 milyard dollar dəyərləndirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər