Bu gün Azərbaycanın daha 3 idmançısı Rio-2016-da mübarizəyə qoşulur
8-08-2016, 09:55
Oxunub: 4 872
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə qoşulacaq
"Report"un məlumatına görə, ilk olaraq, qılıncoynadan Səbinə Mikina qüvvəsini sınayacaq.
Qadınlar arasında fərdi sablya növündə yer alan Mikina 1/16 finalda tunisli Azza Besbeslə üz-üzə gələcək. Mübarizəyə Bakı vaxtı ilə saat 16:00-dan etibarən start veriləcək. Yarımfinal və final görüşləri isə saat 23:00-da başlanacaq. Saat 17:00-da isə cüdoçu Rüstəm Orucov 73 kq. çəki dərəcəsində ilk görüşünə çıxacaq. 1/16 finala təsadüf edəcək ilk cəhdində Avropa çempionunun rəqibi Faye Njie (Qambiya) - Didar Xamza (Qazaxıstan) cütünün qalibi olacaq. Yarımfinal və final görüşləri isə saat 22:30-da start götürəcək.
Nəhayət, saat 20:45-də Abdulqadir Abdullayev 91 kq. çəki dərəcəsində 1/16 final görüşünü keçirəcək. O, fransalı Pol Omba Bionqolo ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk 2 yarış günündən sonra Azərbaycanın aktivində medal yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər