Bu gün Rio-2016-da Azərbaycanın 6 idmançısı mübarizə aparacaq
9-08-2016, 11:51
Oxunub: 4 324
Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının 4-cü yarış günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq
"Report" xəbər verir ki, onlardan 3 boksçu mübarizəyə yeni qoşulacaq. Günə ilk olaraq Olqa Senyuk başlayacaq. O, qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq.1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə 23:57-də keçiriləcək.
Daha sonra kişilər arasında avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq. Yarımfinal Saat: 17:30-da başlayacaq.
Günə boksçularımız yekun vuracaq. İlk olaraq rinqə 1/16 final mərhələsində 75 kq. çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minggang Zhaoya qalib gəlməyə çalışacaq. Döyüş 19:15-də keçiriləcək.
Rinqə ikinci gecə saat 00:45-də Albert Səlimov çıxacaq. O, 60 kq. çəkidə 1/16 finalda mavrikiyalı Merven Clairdən üstün olmağa çalışacaq.
Günün sonuncu döyüşünə isə +91 kq-da (+91 kg) Məhəmmədrəsul Məcidov çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Məhəmməd Arjaoui ilə üz-üzə gələcək. Döyüş 1/16 final mərhələsində baş tutacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər