BolgeXeber.Com » İdman » Rio-2016: Azərbaycan 2 medal qazandı, yenə mövqeyini itirdi – 55-ci yer(MEDAL SİYAHISI)

Rio-2016: Azərbaycan 2 medal qazandı, yenə mövqeyini itirdi – 55-ci yer(MEDAL SİYAHISI)

18-08-2016, 10:32
Oxunub: 3 423 Rio-2016: Azərbaycan 2 medal qazandı, yenə mövqeyini itirdi – 55-ci yer(MEDAL SİYAHISI)Rio Yay Olimpiya Oyunlarında daha bir günə yekun vurulub

Apasport.az saytının məlumatına görə, 4 illiyin ən möhtəşəm yarışının XII günündə 16 dəst medal öz sahibini tapıb. Bu mükafatlardan 2-si Azərbaycanın payına düşüb. Komandamız qızıl qazana bilməsə də, güləşçimiz Mariya Stadnik (48 kq) 2-ci, taekvondoçumuz Patimat Abakarova (49 kq) 3-cü yeri tutmaqla, ölkəmizin hesabındakı mükafatların sayını 7-yə çatdırıb. Onlardan öncə Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (90 kq) “gümüş” əldə ediblərsə, yunan-Roma güləşçiləri Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq), eləcə də kayaçımız İnna Osipenko-Radomiskaya fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

XII gündən sonra Azərbaycan medal qazanan ölkələrin siyahısında 55-cidi. 2 mükafat qazanmağımıza baxmayaraq, Olimpiya millimiz yenə bir pillə aşağı enib.

Siyahıya isə ABŞ komandası liderlik edir. Onlar daha 9 medal qazanmaqla, hesablarındakı mükafatların sayını 93-ə çatdırıblar. Böyük Britaniya ikinci, Çin üçüncü sırada qərarlaşıb.


Qızıl Gümüş Bürünc Cəmi
1 ABŞ 30 32 31 93
2 Böyük Britaniya 19 19 12 50
3 Çin 19 15 20 54
4 Rusiya 12 14 16 42
5 Almaniya 12 8 9 29
6 Yaponiya 10 5 18 33
7 Fransa 8 11 12 31
8 İtaliya 8 9 6 23
9 Hollandiya 8 4 3 15
10 Avstraliya 7 8 9 24
11 Cənubi Koreya 7 3 6 16
12 Macarıstan 6 3 4 13
13 Keniya 4 3 0 7
14 İspaniya 4 1 2 7
15 Yamayka 4 0 2 6
16 Yeni Zelandiya 3 6 1 10
17 Braziliya 3 5 4 12
18 Qazaxıstan 3 3 6 12
19 Kanada 3 2 9 14
20 Xorvatiya 3 2 0 5
21 KXDR 2 3 2 7
22 Kuba 2 2 4 8
23 Polşa 2 2 3 7
24 Tailand 2 2 2 6
25 Kolumbiya 2 2 0 4
26 Özbəkistan 2 1 4 7
27 İsveçrə 2 1 2 5
28 Belçika 2 1 2 5
29 Yunanıstan 2 1 1 4
30 Argentina 2 1 0 3
31 İran 2 0 2 4
32 CAR 1 5 1 7
33-34 İsveç 1 4 2 7
Ukrayna 1 4 2 7
35 Danimarka 1 3 5 9
36 Ermənistan 1 3 0 4
37 Belarus 1 2 2 5
38 Sloveniya 1 2 1 4
39 İndoneziya 1 2 0 3
40 Çexiya 1 1 5 7
41-42 Gürcüstan 1 1 3 5
Efiopiya 1 1 3 5
43 Rumıniya 1 1 2 4
44 Serbiya 1 1 1 3
45-46 Vyetnam 1 1 0 2
Bəhreyn 1 1 0 2
47 Slovakiya 1 1 0 2
48 Çin Taypeyi 1 0 2 3
49 BOK 1 0 1 2
50-54 Puerto-Riko 1 0 0 1
Sinqapur 1 0 0 1
Fici 1 0 0 1
Kosovo 1 0 0 1
Baham adaları 1 0 0 1
55 Azərbaycan 0 3 4 7
56-57 Malayziya 0 2 1 3
Türkiyə 0 2 1 3
58 İrlandiya 0 2 0 2
59 Litva 0 1 2 3
60 Monqolustan 0 1 1 2
61-65 Katar 0 1 0 1
Filippin 0 1 0 1
Venesuela 0 1 0 1
Qrenada 0 1 0 1
Əlcəzair 0 1 0 1
66 Norveç 0 0 3 3
67-69 İsrail 0 0 2 2
Misir 0 0 2 2
Tunis 0 0 2 2
70-80 Hindistan 0 0 1 1
Portuqaliya 0 0 1 1
Mərakeş 0 0 1 1
Estoniya 0 0 1 1
Qırğızıstan 0 0 1 1
BƏƏ 0 0 1 1
Avstriya 0 0 1 1
Moldova 0 0 1 1
Bolqarıstan 0 0 1 1
Finlandiya 0 0 1 1
Dominikan Respublikası 0 0 1 1
Cəmi 218 218 251 687