Olimpiada-2012: Nataliya Mustafayeva da yarımfinalda!
31-07-2012, 23:25
Oxunub: 3 971
Azərbaycanın daha bir akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.
27 yaşlı idmançımız iyulun 31-də baş tutan ¼ final yürüşündə ilk “3-lüy”ə düşdüyü üçün mərhələ adlayıb.Qadınlar arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Mustafayeva üçüncü yürüş zolağında mübarizə aparıb. Onun rəqibləri özündən solda cənubi koreyalı Yeji Kim və yaponiyalı Haruna Sakakibara, sağda isə 2 qat olimpiya və 5 qat dünya çempionu Yekaterina Karsten, danimarkalı Fie Udbi Eriksen və braziliyalı Kissya da Kosta olub.Yürüşün əvvəllərindən Eriksen və Karsten arasında birincilik uğrunda ciddi rəqabət başlayıb. Mustafayeva isə üçüncülüyü əldən verməmək üçün mübarizə aparıb. 500 metrlik bölümdə denimarkalı avarçəkən 1 dəqiqə 51,30 saniyə, belaruslu 1 dəqiqə 52,11 saniyə, təmsilçimiz isə 1 dəqiqə 53,73 saniyə nəticə göstərib. Yürüşün yarısını arxada qoyduqları vaxt avarçəkənlərdən Eriksen 3 dəqiqə 46,55 saniyə göstərici ilə lider olduğu halda, Karsten ondan 0,72 saniyə, Mustafayeva isə 6,03 saniyə geridə olub. 1500 metrlik bölümü skandinaviyalı 5 dəqiqə 43,62 saniyəyə keçib. 40 yaşlı belaruslu ondan 0,54 saniyə, avarçəkənimiz 12,25 saniyə geridə olub. Yekunda isə Eriksen 7 dəqiqə 38,93 saniyə nəticə ilə yürüşü qalib kimi başa vurub. Karsten 7 dəqiqə 42 saniyə nəticə ilə ikinci yeri tutub. Mustafayeva isə 8 dəqiqə 0,26 saniyə göstərici ilə üçüncü olub. Hər 3 avarçəkən yarımfinala çıxıb.Sonrakı yerləri tutan cənubi koreyalı Kim (8:08.39), braziliyalı Da Kosta (8:12.26) və yaponiyalı Sakakibara (8:12.85) mükafatlar uğrunda mübarizədən kənarda qalıblar.Qeyd edək ki, yarımfinal yürüşləri avqustun 2-də keçiriləcək
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər