"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirəcək
29-09-2016, 11:04
Oxunub: 4 457
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II tur qarşılaşmalarında Azərbaycanın iki klubu meydana çıxacaq
"Qəbələ" evdə, "Qarabağ" isə səfərdə mübarizə aparacaq.C qrupunda yer alan "Qəbələ"nin rəqibi Almaniyanın "Maynts" klubu olacaq. Saat 19:00-da "Bakcell Arena"da keçiriləcək matçı Litvadan olan hakimlər idarə edəcək. "Qırmızı-qaralar" ikinci mövsümdür çıxış etdikləri qrup mərhələsində ilk ev qələbəsini qazanmağa çalışacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ilk görüşdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olub. "Qəbələ" ilk turdan sonra qrupun sonuncu pilləsində qərarlaşıb. Qrupun digər oyununda isə Fransa "Sent Etyen"i evdə "Anderlext"lə üz-üzə gələcək.
J qrupunda çıxış edən "Qarabağ" isə səfərdə İtaliyanın "Fiorentina" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Qitə turnirinin qrup mərhələsinin ilk oyununda Çexiyanın "Slovan" klubu ilə 2:2 hesablı bərabərliyə razılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfər qələbəsi sayəsində ən azı qrup ikincisi ola bilər. "Slovan" isə Yunanıstan PAOK-unu qəbul edəcək. İlk turdan sonra qrupdakı bütün komandaların aktivində 1 xal var.
Avropa Liqası, qrup oyunları, II tur
29 sentyabr
C qrupu
19:00. "Qəbələ" (Azərbaycan) - "Maynts" (Almaniya)
Baş hakim: Gediminas Majeyka
Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas
Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski
Dördüncü hakim: Vladimir Gerasimov (hamısı Litva)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)
Bakı. "Bakcell Arena"
Xal durumu: "Anderlext" - 3, "Sent-Etyen" - 1, "Maynts" - 1, "Qəbələ" - 0.
J qrupu
21:00. "Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Oliver Draxta
Yan xətt hakimləri: Roland Brander, Stefan Kür
Köməkçi hakimlər: Manuel Şüttenqruber, Dieter Mukenhammer
Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)
Hakim-inspektor: Eduard Dervişay (İspaniya)
UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr)
Florensiya. Artemio Franki adına stadion
Xal durumu: "Slovan" - 1, "Fiorentina" - 1, PAOK - 1, "Qarabağ" - 1
Qeyd edək ki, komandalar növbəti görüşünü oktyabrın 20-də keçirəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər