Kamran Ağayev Portuqaliya çempionatında penaltini dəf etdi - Video
3-10-2016, 09:58
Oxunub: 5 479
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün "Boavişta"nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb
"Report"un məlumatına görə, 30 yaşlı qolkiper VII tur matçında "Moreyrense" ilə ev qarşılaşmasında forma geyinib. Baş məşqçi Ervin Sançes onu start heyətinə daxil edib. Bu, Ağayevin "Boavişta"da ikinci rəsmi matçı olub. İlk görüşündə təcrübəli qapıçı "Portu"ya 1:3 hesablı məğlubiyyət acısı dadıb. Üstəlik, o, rəqibin 3-cü qolu zamanı kobud səhvə yol verərək, topu sadə vəziyyətdə əlindən buraxıb.
Bu səhvindən sonra çoxları baş məşqçinin Ağayevə bir daha şans verməyəcəyini düşünsə də, Sançes bir səhvə görə qapıçını günahlandırmağı düzgün saymayıb və "çərçivə"ni yenə ona həvalə edib. Boliviyalı mütəxəssis seçimində yanılmayıb və Kamran onun etimadını doğruldub. 26-cı dəqiqədə qonaqların futbolçusu Robertu azərbaycanlı qapıçı ilə penalti duelindən məğlub ayrılıb. Kamran onun zərbəsini qaytara bilib. "Boavişta" bundan 4 dəqiqə sonra hesabı açıb və ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. Bu, Ağayevin "Boavişta"da ilk qələbəsi olub.
Azərbaycan millisinin digər üzvü Emin Mahmudov isə yenə 18 nəfərlik heyətdən kənarda qalıb.
Qeyd edək ki, hazırda "Boavişta" 8 xalla 13-cü pillədə qərarlaşıb.
Portuqaliya çempionatı, VII tur
21:00. "Boavişta" - "Moreyrense" - 2:0
Qollar: Roça Lukas, 30, İdris, 86
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər