Azərbaycan millisinin baş məşqçisi pedofiliyada ittiham olunur
6-10-2016, 12:22
Oxunub: 4 505
Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzanbaher pedofiliyada ittiham olunur
Bolgexeber.com xəbər verir ki, Apasport.az saytının məlumatına görə, 3 ildi davam edən istintaqın təfərrüatı üzə çıxıb.
Vyana prokurorluğundan mətbuata sızan məlumata əsasən, avstriyalı ikiqat Olimpiya çempionu həddi-buluğa çatmayan bir neçə qızla seksual xarakterli davranışına görə ittiham olunur. 56 yaşlı mütəxəssisin qurbanlarından birinin şikayəti ilə başlayan istintaqda Zayzanbaher 2 qızı zorlamaqda günahlandırılır. O, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Vyana idman klublarının birində çalışdığı vaxt bu cinayəti törədib. Prokurorluğun araşdırmasına görə, qurbanlarından biri 3 il ərzində qəddar münasibətlə üzləşib.
Zayzanbaher daha bir – üçüncü qızı zorlamağa cəhddə də şübhəli bilinir.
Olimpiya çempionunun vəkili Bernhard Lehofer bildirib ki, o, irəli sürülən ittihamlardan xəbərdardı. Lakin mütəxəssis şərh etməkdən boyun qaçırır.
Qeyd edək ki, idmançı karyerasında 86 kq çəki dərəcəsində çıxış edən Zayzanbaher “Los-Anceles-1984” və “Seul-1988”-də qızıl medala yiyələnib. Cüdo tarixinə ilk ikiqat Olimpiya çempionu olan mütəxəssis 2010-2012-ci illərdə Gürcüstan millisinin baş məşqçisi olub. 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edən Peter 2015-ci ildə yenidən bu posta qayıdıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər