Azərbaycan idmançıları Londona yola düşdülər
23-08-2012, 19:15
Oxunub: 6 337
Avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start verilir.
Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XIV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşüb.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər təntənə ilə yola salıb və uğurlar arzulayıblar.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına həmişə diqqət və qayğı ilə yanaşır. İ.Rəhimov London Yay Paralimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib. Olimpiya komandamızın Londondakı uğurlu çıxışı paralimpiyaçılarımızı yeni qələbələrə ruhlandırdığını bildirən İ.Rəhimov Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına və dövlət himninin səslənəcəyinə inandığını söyləyib.
Qeyd edək ki, avqustun 29-dan sentyabrın 9-dək Londonda keçiriləcək Yay Paralimpiya Oyunlarında Azərbaycanı 21 idmançı təmsil edəcəkdir.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman