BolgeXeber.Com » İdman » “Qarabağ” tarix yaza bilmədi- “Fiorentina”ya məğlub olaraq mübarizəni dayandırdı-VİDEO
“Qarabağ” tarix yaza bilmədi- “Fiorentina”ya məğlub olaraq mübarizəni dayandırdı-VİDEO
9-12-2016, 10:24
Oxunub: 3 937“Qarabağ” Avropa Liqası yarışlarında iştirakını dayandırdı
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulur.
Xəbər verdiyimiz kimi, təmsilçimiz “Qarabağ” son turda həlledici matça çıxıb. Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edib.
Oyuna yaxşı başlayan təmsilçimiz ilk hissədə bütün cəhdlərə baxmayaraq hesabı aça bilməyib. Hətta Dinonun qapıçı ilə üz-üzə qaldığı anda şans "Qarabağ" tərəfdə olmadı. Top dirəkdən geri döndü.
İkinci hissədə işlər dəyişdi. 60-cı dəqiqədə rəqib futbolçu Veçino, "Qarabağın" qapıçısı İbrahim Şehiçi cəzalandırdı. Şehiç adi epizodda topu saxlaya bilmədi və qonaqlar qola sevindilər.
Bundan 13 dəqiqə sonra 62-ci dəqiqədə Rahid Əmirquliyevin yerinə oyuna girən Reynaldo hesabı bərabərləşdirib 1:1
"Qarabağ"ın qol sevinci cəmi 3 dəqiqə çəkib. Kyeza 76-cı dəqiqədə hesabı 1:2 edib. Oyun elə bu hesabla da başa çatıb. "Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza atmaq arzusu baş tutmayıb.
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya) Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna) UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu