BolgeXeber.Com » İdman » Yeniyetmə və gənc kinqboksçularımız növbəti turnirə hazırlaşır-VIDEO

Yeniyetmə və gənc kinqboksçularımız növbəti turnirə hazırlaşır-VIDEO

19-01-2017, 16:01
Oxunub: 3 129 Yeniyetmə və gənc kinqboksçularımız növbəti turnirə hazırlaşır-VIDEOKomandanın yeniyetmə idmançılarından olan Pərviz Cəlilov üçün sözügedən turnir ilk olacaq

Yanvar ayının 20-si və 21-ndə Suraxanı rayon Gənclər İdman İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və Kind idman klubunun birgə təşkilatçılığı ilə gənc və yeniyetmə kinqboksçular arasında turnir keçiriləcək. Turnir 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunub

Bununla əlaqədar olaraq, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin zalında gərgin məşq prosesləri gedir. Gənclər üzrə yığma komandanın baş məşqçisi Hakim Hacıyev idmançıların verilən tapşırıqları məsuliyyətlə yerinə yetirdiyini qeyd edib. O həmçinin bildirib ki, fevral ayının 2-sindən 5-inə qədər böyüklər və gənclər arasında Azərbaycan birinciliyinə start veriləcək.
Turnirin təşkilatçılarından olan Elşən İsayevin sözlərinə görə, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc idmançıları növbəti yarışlara həvəsləndirməkdi. Bizim üçün əsas olan, onların qarşıdakı Respublika çempionatında daha yaxşı nəticə göstərmələridir.
Komandanın yeniyetmə idmançılarından olan Pərviz Cəlilov üçün sözügedən turnir ilk olacaq. Təbii ki ilk yarışın verdiyi həyəcanı digər idmançılar kimi o da yaşayır. Ancaq sözlərindən belə nəticəyə gəlmək olar ki, o, yarışdan qələbə ilə qayıtmaqda iddialıdır,
Biz də BTV ailəsi olaraq, qarşıdakı turnirdə idmançılarımıza uğurlar arzulayırıq.
Bolgexeber.com