Qol.az-ın məlumatına görə, bu gün daha 2 matç keçirilib.
Əsas diqqətlər Qəbələyə yönəlib. Burada çempionluğa iddialı 2 komanda üz-üzə gəlib. Meydan sahibləri qalib gələrək "Qarabağ"la xalları bərabərləşdirib. Şəxsi göstəricidə “Qəbələ” daha üstün olduğundan (2:0, 1:2, 2:0) liderliyə yüksəlib.
Turun digər oyununda "Sumqayıt" öz meydanında çempionatın autsayderi AZAL-ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
19 fevral (bazar)
17:30.“Qəbələ” – “Qarabağ” - 2:0
Qol: Sergey Zenyov, 29, Filip Ozobiç, 69 Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev Qəbələ şəhər stadionu
15:30.“Sumqayıt” - AZAL - 1:0 Qol: Yusif Nəbiyev, 13 Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov "Kapital Bank Arena"
18 fevral (şənbə)
“Neftçi” – “Kəpəz” - 0:0 Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev 8-ci kilometr qəsəbə stadionu