İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək
10-03-2017, 12:55
Oxunub: 4 822
Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub
Bəs İslam Həmrəyliyi Oyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək?
Bolgexeber.com xəbər verir ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətinin rəhbəri Cəmilə Cəfərzadə Modern.az-a açıqlamasında deyib ki, idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq.
Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.
“Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir:
1. Bişirilmiş və emal edilmiş ət
2. Çiy ət
3. Bütün pendir növləri
Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir.
“Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır.
Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər