BolgeXeber.Com » İdman » "Beşiktaş” hesabı qoruya bilmədi, "Lion" 1 dəqiqəyə 2 qol vurdu - Avropa Liqası
"Beşiktaş” hesabı qoruya bilmədi, "Lion" 1 dəqiqəyə 2 qol vurdu - Avropa Liqası
14-04-2017, 10:00
Oxunub: 5 552
Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Bakı vaxtı ilə saat 23.05-də qarşılaşmalı olan "Beşiktaş”la Fransanın "Lion” komandası arasındakı oyun stadionda tərəfdarlar arasında baş verən kütləvi dava səbəbindən 23.50-də baş tutub
Mia.az xəbər verir ki, oyuna üstün və əzəmli başlayan türklər artıq 15-ci dəqiqədə Babelin gözəl qolu ilə önə çıxıblar.
İlk hissə bu hesabla başa çatıb.
64-cü dəqiqədə "Beşiktaş"da Mtribiç Nəcib Uysalla əvəzlənib.
71-ci dəqiqədə Marsellonun xətası üzündən fransalı oyunçu təkəbətək çıxsa da, zərbəsi qapı tirinin yanından keçib...
83-cü dəqiqədə Tolisko hesabı bərabərləşdirib - 1:1.
Bu qoldan cəmi 1 dəqiqə sonra Fransa 2-ci qolu vurub - 2:1
Beləliklə, oyun "Lion"nun 2-1 qalibiyyəti ilə bitib.
Cavab oyunu bir həftə sonra oynanılacaq.
Onu da qeyd edək ki, zaman-zaman tərəfdarlar arasında çaxnaşma yaransa da, təhlükəsizlik qüvvələri olayın yenidən böyüməsinə imkan vermirlər.
Xatırladaq kİ, oyunun vaxtından gec başlaması Fransız komandasının azarkeşləri türklərə doğru səsli bomba atması olub. Bunun nəticədə tərəfdarlar arasında qalmaqal yaşanıb, təxminən 2 minə yaxın azarkeş tüstü və dava səbəbindən stadiona axışıb. Təhlükəsizlik qüvvələri davaya müdaxilə edib. Stadion azarkeşlərdən "təmizlənib".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər