BolgeXeber.Com » İdman » Məşqçisindən hamilə qalan azərbaycanlı atletlə bağlı iddialara rəsmi CAVAB
Məşqçisindən hamilə qalan azərbaycanlı atletlə bağlı iddialara rəsmi CAVAB
12-05-2017, 11:41
Oxunub: 4 452
Azərbaycan Ağır Atletika Federasiyası İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədovanın 8 aylıq hamilə olması ilə bağlı mətbuatda yayılan qalmaqallı məlumatlara aydınlıq gətirib
Bolgexeber.com-un məlumatına görə, Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev azvision.az-a bildirib ki, bu məlumatlar tamamilə yalnışdır.
"Biz çox çətinliklə komanda yaradırıq. Sonra da kimlərinsə böhtanına məruz qalırıq. Heç bilmirəm belə qarayaxma kimə lazımdır. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu federasiyamıza qarşı təxribatdır. Xanım hamilə olsa belə onu məşqçinin üzərinə yıxmaq, federasiyanın adından çıxış etmək biabırçılıqdır”.
Xumar Məmmədovanın yarışlarda iştirak edib-etməyəcəyinə gəlincə, K. Məstəliyev deyib:
"Xumar xanım yarışlarda iştirak etməyəcək. Bunun səbəbi haqqında konkret məlumatım yoxdur. Bütün hallarda yazılanlar absurddur, etik qaydalara sığımır. İdmançı xanımın niyə hədəf götürülməsini bilmirəm”.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara əsasən İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədova komandadan qovulub. Buna səbəb kimi onun hamilə olduğunu gizlədərək məşqlərə qatılması göstərilib. Uşağın atasının idmançının şəxsi məşqçisi olduğu iddia edilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər